Yüksək tezlikli satınalmaların rəqəmsallaşdırılması vasitəsilə xərclərin azaldılması və marjanın optimallaşdırılması
Pərakəndə satış üçün multi-tenant
Pərakəndə satış üçün multi-tenant. Yüksək tezlikli alışlar və geniş təchizatçı siyahısı üçündür.
Ölkənin ən böyük şirkətləri satınalmalarını bizə etibar edir
Pərakəndə satış və distribusiya üçün multi-tenant satınalma
Bu həll pərakəndə satış və distribusiya qruplarının hər bir törəmə şirkətini ayrıca idarə etməklə eyni zamanda vahid təchizatçı bazasından istifadə etməsinə imkan verən elektron satınalma sistemidir. Platformanın modulyar arxitekturası alıcı təşkilatın öz daxili proseslərinə uyğun konfiqurasiya edilir və təchizatçıların identifikasiyasından müqavilələrin bağlanmasına qədər bütün satınalma dövranını vahid rəqəmsal sistemdə birləşdirir. Bu yanaşma qrup daxilində standartlaşdırılmış satınalma siyasətinin tətbiqini təmin etməklə hər bir törəmə şirkətə öz büdcə limitləri və təsdiq matrisləri daxilində müstəqil fəaliyyət göstərmək imkanı verir.
Pərakəndə satış sektoruna xüsusi üstünlüklər
Təsdiqlənmiş təchizatçılar siyahısının qrup səviyyəsində paylaşılması ilə tədarük vaxtının qısaldılması
Mövsümi tələb dəyişkənliyinə uyğun çevik və sürətli təchizatçı idarəetməsinin təmin edilməsi
Hər bir törəmə şirkət üçün fərdi təsdiq matrislərinin, limitlərin və büdcə sahiblərinin tətbiqi
Qrup səviyyəsində konsolidasiya edilmiş xərclər və qənaət analitikası ilə strateji qərarların qəbulu
Bütün təkliflərin sistemdə qeyd olunması sayəsində seçim meyarlarının şaffaf və vahid şəkildə tətbiqi
Sektorun ehtiyaclarına uyğun funksionallıq
Vahid təchizatçı qeydiyyatı
Təchizatçı qrupdakı hər bir şirkətə ayrı-ayrılıqda müraciət etmək əvəzinə, sistemə bir dəfə qeydiyyatdan keçərək bütün qrup üçün əlçatan olur.
Mərkəzləşdirilmiş ilkin kvalifikasiya
Təchizatçılar bir dəfə ilkin kvalifikasiyadan keçir və təsdiqlənmiş təchizatçılar siyahısı qrup daxilində bütün entity-lər üçün təkrar istifadə edilə bilən olur.
Tenant təhlükəsizliyi
Tenderlər, təkliflər və müqavilələr öz tenant-ına məxsusdur və bacı şirkətlər üçün tamamilə görünməzdir.
Qrup səviyyəsində standartlaşdırma
Kateqoriya strukturu, şablonlar və satınalma siyasəti qrup səviyyəsində təyin edilərək bütün törəmə şirkətlərdə vahid standartlar tətbiq olunur.
Avtomatlaşdırılmış seçim meyarları
Hər bir təklif sistemdə qeyd edildiyi üçün seçim meyarları bütün təchizatçılara şeffaf və eyni şəkildə tətbiq edilir.
Sistemin işləmə mexanizmi
- Qrup səviyyəsində satınalma siyasəti, kateqoriya strukturu və standart şablonlar müəyyən edilir.
- Təchizatçılar sistemə qeydiyyatdan keçir və mərkəzi ilkin kvalifikasiya prosesindən keçərək təsdiqlənmiş siyahıya daxil olurlar.
- Hər bir törəmə şirkət öz istifadəçiləri, rolları və təsdiq matrisləri ilə fərdi tenant-da fəaliyyət göstərir.
- Yüksək tezlikli satınalmalar üçün tenderlər elan edilir və təkliflər rəqəmsal şəkildə toplanır.
- Sistemdə qeyd olunmuş seçim meyarları əsasında ən uyğun təklif müəyyən edilir və müqavilə bağlanır.
- Xərclər və qənaətlər bütün törəmə şirkətlər üzrə konsolidasiya edilərək mərkəzi analizlər hazırlanır.
Tez-tez verilən suallar
Multi-tenant strukturunda məlumatların məxfiliyi necə təmin edilir?
Məlumatların təhlükəsizliyi hər bir törəmə şirkətin öz istifadəçiləri, rolları və hüquqi məlumatları ilə təmin edilir; tenderlər, təkliflər və müqavilələr yalnız aid olduğu tenant daxilində görünür.
Təchizatçılar hər bir törəmə şirkət üçün ayrı-ayrı sənədlər təqdim etməlidirlər?
Xeyr, təchizatçı sistemə bir dəfə qeydiyyatdan keçir və mərkəzi ilkin kvalifikasiyadan keçdikdən sonra qrupdakı bütün entity-lər üçün istifadə edilə bilən təsdiqlənmiş təchizatçılar siyahısına daxil olur.
Hər bir törəmə şirkətin fərqli büdcə limitləri və təsdiq prosesləri ola bilərmi?
Bəli, sistem hər bir törəmə şirkət üçün fərdi təsdiq matrislərinin, xərcləmə limitlərinin və büdcət sahiblərinin müəyyən edilməsini dəstəkləyir.
Sistem pərakəndə satışdakı yüksək tezlikli alışların idarə olunmasına necə kömək edir?
Avtomatlaşdırılmış ilkin kvalifikasiya və elektron satınalma prosesləri vasitəsilə alış qiymətlərinin daha effektiv idarə olunmasını təmin edərək marjanın qorunmasına və xərclərin optimallaşdırılmasına kömək edir.
Qrup səviyyəsində xərclərin analizi necə həyata keçirilir?
Bütün törəmə şirkətlərin satınalma məlumatları sistemdə toplandığı üçün xərclər və qənaətlər qrup səviyyəsində konsolidasiya edilərək vahid analitik hesabatlar şəklində təqdim olunur.
Əlaqəli səhifələr
Satınalma proseslərinizi optimallaşdırın
Pərakəndə satış və distribusiya qrupunuz üçün multi-tenant həlləri ilə tanış olmaq üçün bizimlə əlaqə saxlayın.
Demo sifariş edinBu mövzunu sizin prosesinizdə müzakirə edək
Qısa formu doldurun — satınalma prosesinizə uyğun demo hazırlayaq.
- 122 Təbriz küç., Bakı, Azərbaycan AZ1111
- +994 77 220 23 26
- sales@procure.az